#evdəqal

Sənin üçün maraqlı və faydalı kontent hazırladım. Öyrənməyə hazırsan?!

daha ətraflı

follow us on instagram

COVID-19 nədir?

“Yeni” koronavirus nədir? Yeni koronavirus (CoV) dedikdə koronavirusun yeni ştammı nəzərdə tutulur. İlk dəfə olaraq Çinin Uhan şəhərində qeydə alınmış yeni koronavirus tərəfindən törədilən xəstəlik koronavirus xəstəliyi 2019 (COVID-19) adlandırılmışdır: CO – korona, Vİ – virus və D - xəstəlik (ingilis dilində “disease”) deməkdir. İlk vaxtlar bu xəstəlik “2019 yeni koronavirus”, yaxud “2019-nCoV” olaraq da adlandırılmışdır. COVID-19 virusu Ağır Kəskin Respirator Sindrom (SARS) ilə eyni virus ailəsi və adi soyuqdəymənin bəzi növləri ilə əlaqələndirilən yeni virusdur. COVID-19 virusu necə yayılır? Bu virus yoluxmuş insanın tənəffüs damcıları (öskürək və asqırıq nəticəsində yaranan) ilə birbaşa təmas və virus ilə çirklənmiş səthlərə toxunma yolu ilə ötürülür. COVID-19 virusu səth üzərində saatlarla qala bilsə də, adi dezinfeksiyaedici maddə ilə zərərsizləşdirilə bilir. Koronavirusun simptomları hansılardır? Simptomlara hərarət, öskürək və təngnəfəslik aid ola bilər. Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər. Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Əsas profilaktik tədbirlərin eyni olduğunu yadda saxlamaq vacibdir - əllərin tez-tez yuyulması və respirator gigiyena (öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın). Bundan başqa qripə qarşı peyvənd də mövcuddur – ona görə də özünüzü və övladlarınızı vaxtında peyvənd etdirməyi unutmayın.

COVID-19 xəstəliyi uşaqlara təsir edirmi?
Bu yeni bir virusdur və onun uşaqlar və ya hamilə qadınlara necə təsir etdiyi hələ ki tam öyrənilməmişdir. Onu bilirik ki, istənilən yaşda olan insanların bu xəstəliyə yoluxması mümkündür, lakin indiyə qədər uşaqlar arasında COVID-19 hadisələri nisbətən az qeydə alınmışdır. Virus nadir hallarda ölüm ilə nəticələnir, indiyə qədər belə hallar əsasən əvvəlcədən hər hansı xəstəlikləri olan yaşlı insanlar arasında müşahidə edilmişdir. Əgər mənim uşağımda COVID-19 simptpomları vardırsa, mən nə etməliyəm? Həkimə müraciət edin, lakin yadda saxlayın ki, Şimal Yarımkürəsində qrip mövsümüdür və COVID-19 xəstəliyinin öskürək və hərarət kimi simptomları qripin və ya soyuqdəymənin eyni simptomlarına bənzəyə bilər ki, bu simptomlar da qat-qat çox yayılmışdır. Tez-tez əllərinizi yuyaraq əl və respirator gigiyena qaydalarına riayət edin və uşaqlarınızı vaxtında peyvənd etdirin ki, onlar xəstəlik törədən digər virus və bakteriyalardan qorunmuş olsun. Digər respirator infeksiyalarda, məsələn qrip zamanı olduğu kimi sizdə və ya uşağınızda simptomlar müşahidə edilirsə, həkimə erkən vaxtlarda müraciət edin və xəstəliyin digərlərinə ötürülməsinin qarşısını almaq üçün ictimai yerlərə (iş yeri, məktəb, ictimai nəqliyyat ) getməyin.
mənbə www.unicef.org

Koronavirus nədir?

ətraflı oxu

Koronavirus

ətraflı oxu

necə qorunaq?

Özümü yoluxma riskindən necə qoruya bilərəm? İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı dörd ehtiyat tədbirindən yararlana bilərsiniz:
-Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun
-Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını bağlı zibil qutusuna atın
-Soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasdan qaçın
-Hərarətiniz və ya öskürəyiniz olarsa, yaxud tənəffüs zamanı çətinlik çəkirsinizsə, həkimə müraciət edin
Tibbi maskadan istifadə etməliyəm? Tibbi maskadan istifadə respirator simptomlarınız (öskürək və ya asqırıq) olarsa, digərlərini qorumaq üçün tövsiyə olunur. Əgər sizin hər hansı simptomlarınız yoxdursa, maskadan istifadə etməyə ehtiyac yoxdur. Əgər maskadan istifadə edirsinizsə, onun effektivliyinin təmin edilməsi və virusun ötürülmə riskinin artmasının qarşısını almaq məqsədilə həmin maskalar düzgün qaydada geyinilməli və tullanılmalıdır. İnfeksiyanın qarşısını almaq üçün təkcə maskadan istifadə etmək kifayət deyil və onunla bərabər əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq lazımdır. Əgər mənim uşağımda COVID-19 simptpomları vardırsa, mən nə etməliyəm? Həkimə müraciət edin, lakin yadda saxlayın ki, Şimal Yarımkürəsində qrip mövsümüdür və COVID-19 xəstəliyinin öskürək və hərarət kimi simptomları qripin və ya soyuqdəymənin eyni simptomlarına bənzəyə bilər ki, bu simptomlar da qat-qat çox yayılmışdır. Tez-tez əllərinizi yuyaraq əl və respirator gigiyena qaydalarına riayət edin və uşaqlarınızı vaxtında peyvənd etdirin ki, onlar xəstəlik törədən digər virus və bakteriyalardan qorunmuş olsun. Digər respirator infeksiyalarda, məsələn qrip zamanı olduğu kimi sizdə və ya uşağınızda simptomlar müşahidə edilirsə, həkimə erkən vaxtlarda müraciət edin və xəstəliyin digərlərinə ötürülməsinin qarşısını almaq üçün ictimai yerlərə (iş yeri, məktəb, ictimai nəqliyyat ) getməyin. Əgər ailə üzvündə simptomlar müşahidə olunarsa, nə etməliyəm? Əgər sizdə və ya uşağınızda hərarət, öskürək və ya tənəffüs çatışmazlığı müşahidə edilərsə, tibbi yardım üçün erkən vaxtlarda müraciət etmək lazımdır. Əgər COVİD-19 xəstəliyinin qeydə alındığı ərazilərdə səyahətdə olmusunuzsa, və ya həmin ərazilərdən gəlmiş və respirator simptomlara malik insanla yaxın təmasda olmusunuzsa, həkiminizə əvvəlcədən zəng edib onu məlumatlandırın.

www.cdc.gov

ətraflı oxu

www.who.int

ətraflı oxu

əlavə etmək üçün bizə yaz

əlaqə

izləyə biləcəyiniz filmlər

I am Legend

imdb info

Andromeda Strain

imdb info

Pandemic: How to Prevent an Outbreak

imdb info

Messiah

imdb info

Truth or Dare

imdb info

1917

imdb info

Parasite

imdb info

əlavə etmək üçün bizə yaz

əlaqə

oxuya biləcəyiniz kitablar

Yaradıcı düşünmə sənəti

ətraflı

Ölü ozanlar dərnəyi

ətraflı

Alchemist

ətraflı oxu

əlavə etmək üçün bizə yaz

əlaqə

izləyə biləcəyiniz youtube kanalları

DEV creative team

izlə

YOL Tube

izlə

Barış Özcan

izlə

Fəxri Əsədov

izlə

Fit Yemek

izlə

Çay Kahve İnsan

izlə

Bebar Bilim

izlə

Cvn Tv

izlə

əlavə etmək üçün bizə yaz

əlaqə

maraqlı saytlar

www.movenowthinklater.com

ziyarət et

www.theuselessweb.com

ziyarət et

www.quora.com

ziyarət et

www.video.az

ziyarət et

www.jafarnajafov.com

ziyarət et

www.futurelearn.com

ziyarət et

www.mynoise.net

ziyarət et

www.radio.garden

ziyarət et

əlavə etmək üçün bizə yaz

əlaqə

facebook qrupları

Laboratory of Art

ziyarət et

Evdar kişilər qrupu

ziyarət et

əlavə etmək üçün bizə yaz

əlaqə

facebook səhifələri

DEV creative team

ziyarət et

Belə belə işlər

ziyarət et

Albert Eynişeydi

ziyarət et

Şedevr

ziyarət et

əlavə etmək üçün bizə yaz

əlaqə

instagram hesabları

DEV creative team

ziyarət et

@maraqli.tv

izlə

@technolartv

izlə

@5.min.crafts

izlə

əlavə etmək üçün bizə yaz

əlaqə